Bayramov və Gürcüstanın keçmiş XİN rəhbəri arasında telefon danışığı oldu

20:28 - 2 Dekabr 2024

Bayramov və Gürcüstanın keçmiş XİN rəhbəri arasında telefon danışığı oldu

Xarici işlər naziri Ceyhun Bayramov və Gürcüstanın keçmiş xarici işlər naziri İlya Darçiaşvili arasında telefon danışığı baş tutub.

 

Manset.az Xarici İşlər Nazirliyinin yaydığı məlumata istinadən xəbər verir ki, nazir Ceyhun Bayramov İlya Darçiaşvilinin Gürcüstanın xarici işlər naziri vəzifəsində çalışdığı müddətdə iki ölkənin yüksəksəviyyəli və qarşılıqlı faydalı əməkdaşlığının daha da möhkəmləndirilməsi və beynəlxalq müstəvidə əməkdaşlığın genişləndirilməsi naminə birgə səyləri məmnunluqla vurğulayıb və qarşı tərəfə təşəkkürünü ifadə edib. Nazir Ceyhun Bayramov İlya Darçiaşviliyə uğurlar arzulayıb.

Azərbaycanla Gürcüstanı mehriban qonşuluq və tarixi dostluq əlaqələrinin, siyasi, iqtisadi, humanitar və digər sahələrdə strateji tərəfdaşlıq münasibətlərinin birləşdirdiyi vurğulanıb.


Xəbər xətti

27 Dekabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin