Muxtar Babayev Ər-Riyadda COP16 konfransında iştirak edir - FOTO

19:43 - 02 Dekabr 2024

Muxtar Babayev Ər-Riyadda COP16 konfransında iştirak edir - FOTO

Səudiyyə Ərəbistanının paytaxtı ər-Riyadda BMT-nin Səhralaşma ilə Mübarizə Konvensiyasının Tərəflər Konfransının 16-cı sessiyası (COP16) işə başlayıb.

 

Manset.az xəbər verir ki, bu barədə COP29-un sosial şəbəkə hesablarında məlumat paylaşılıb.

Tədbirdə Azərbaycanı ekologiya və təbii sərvətlər naziri, COP29 prezidenti Muxtar Babayev təmsil edir.

“Bakıdakı COP29-un uğuruna əsaslanaraq, biz dayanıqlı torpaq idarəetməsi üçün əməkdaşlığı inkişaf etdiririk”, - paylaşımda vurğulanıb.

Qeyd edək ki, konfrans dekabrın 13-dək davam edəcək.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv