AZAL prezidentindən dron iddiasına REAKSİYA
26 Dekabr 2024
19:22 - 2 Dekabr 2024
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsi, ev 281 ünvanında fəaliyyət göstərən Şahbazova Təranə Xubalı qızına məxsus kafedə plandankənar yoxlama aparıblar.
Manset.az xəbər verir ki, agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, yoxlama zamanı kafedə qida təhlükəsizliyi sahəsində normativ-hüquqi aktların bir sıra tələblərinin pozulduğu məlum olub.
Sanitar-gigiyenik vəziyyətin qənaətbəxş olmadığı, mətbəxdə döşəmə və divarların, işçi masanın asan yuyulub təmizlənən, dezinfeksiyaedici məhlulun təsirinə davamlı materialla üzlənmədiyi, havalandırma sisteminin qurulmadığı, müvafiq təmizlik işlərinin aparılmadığı, ağzı kip bağlanan və qoxu yaymayan tullantı qablarından istifadə olunmadığı, işçi heyətin tibbi müayinədən keçmədiyi və digər nöqsanlar aşkarlanıb.
Faktla bağlı qanunvericiliyə uyğun olaraq kafenin fəaliyyəti məhdudlaşdırılıb, rəhbəri barəsində inzibati qərar qəbul edilərək cərimə tətbiq olunub.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin