345 saylı uşaq bağçasından yayılmış qərəzli görüntülərlə bağlı AÇIQLAMA

17:19 - 2 Dekabr 2024

345 saylı uşaq bağçasından yayılmış qərəzli görüntülərlə bağlı AÇIQLAMA

Bakıda yerləşən 345 saylı körpələr evi uşaq bağçası ilə bağlı qərəzli görüntülər yayılıb.

 

Manset.az-ın sorğusuna cavab olaraq adı çəkilən bağçadan verilən məlumata görə, həmin görüntülər keçmiş müdirə Bənövşə Həsənovanın işlədiyi dövrdə çəkilib:

“Sosial şəbəkələrdə yayılan görüntülər yeni deyil. Hazırda uşaqlara qarşı bir şiddət yoxdur, qidalanma normaldır. Uşaqlar gündə 5 dəfə qida ilə təmin olunur. Mütəmadi olaraq monitorinqlər keçirilir. Bu məsələ ilə bağlı aidiyyatı orqanlara məlumat verilib. Faktla bağlı araşdırma aparılır. Adı çəkilən müdirə İmanova Aynur bağçaya yeni təyinat alıb və məsələ ilə bağlı heç bir əlaqəsi yoxdur”.


Xəbər xətti

26 Dekabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin