"Ya qayda-qanun yarat, ya da öl" - Lukaşenkodan SƏRT tənqid

16:39 - 2 Dekabr 2024

Belarus Prezidenti Aleksandr Lukaşenko hökumət üzvləri ilə keçirilən iclasda Mədəniyyət Nazirliyinin yeni rəhbəri Ruslan Çernetskiyə müraciət edib.

 

Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Lukaşenko yeni nazirə ya qayda-qanun yaratmağı, ya da "ölməyi" tövsiyə edib. Dövlət başçısı, kinonun Sovet dövründən daha pisləşdiyini və "batdığını" bildirib. Belarus prezidenti əvvəlki mədəniyyət naziri Anatoli Markeviçin istefasının onun bu işin öhdəsindən gələ bilməməsi ilə əlaqəli olmadığını, çünki Markeviçin bu sahədən olmayan bir insan olduğunu vurğulayıb.

Qeyd edək ki, Çernetski 2022-ci ildə Belarusun Əməkdar Artisti adına layiq görülüb və teatrda, kinoda çalışıb.


Xəbər xətti

26 Dekabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin