27 ölkə Gürcüstandakı vəziyyəti müzakirə edəcək

16:22 - 2 Dekabr 2024

27 ölkə Gürcüstandakı vəziyyəti müzakirə edəcək

Aİ-nin 27 ölkəsinin xarici işlər nazirləri Aİ Şurasının dekabrın 16-da Brüsseldə keçiriləcək iclasında Gürcüstandakı vəziyyəti müzakirə edəcəklər.

 

Manset.az xəbər verir ki, bu barədə Avropa İttifaqının Xarici İşlər üzrə nümayəndəsi Anita Hipper məlumat verib.

Biz gözləyirik ki, Gürcüstandakı vəziyyət dekabrın 16-da Aİ xarici işlər nazirlərinin görüşündə müzakirə olunacaq", - o, Brüsseldə mətbuat konfransında jurnalistlərin Aİ-nin Gürcüstandakı gələcək addımları ilə bağlı sualını cavablandırarkən deyib.

Noyabrın 28-də Gürcüstanda yeni etiraz dalğası başlayıb. Buna səbəb Gürcüstanın baş naziri İrakli Kobaxidzenin bəyanatı olub. O bildirib ki, hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyası 2028-ci ilin sonuna qədər Avropa İttifaqına üzvlüklə bağlı danışıqlar məsələsini gündəmə gətirməmək və icmadan bütün büdcə qrantlarından imtina etmək qərarına gəlib. Hökumət başçısının sözlərinə görə, buna səbəb Aİ-nin ona qoşulmaq üçün dialoqun başlanması ilə bağlı daimi şantajı, parlamentin qəbul etdiyi bir sıra qanunların ləğv edilməsi tələbləri və Gürcüstan hakimiyyətinə qarşı sanksiyaların tətbiqinə çağırışlar olub.


Xəbər xətti

27 Dekabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin