113 polis yaralandı, 224 nəfər saxlanıldı - Gürcüstanda etiraz aksiyaları davam edir

16:15 - 2 Dekabr 2024

113 polis yaralandı, 224 nəfər saxlanıldı - Gürcüstanda etiraz aksiyaları davam edir

“Gürcü arzusu” hökumətinin Avropa İttifaqına (Aİ) üzvlük danışıqlarını 2028-ci ilə qədər dayandırmaq qərarından sonra paytaxt Tbilisidə etirazlar başlayıb.

 

Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Tbilisidə parlament binası qarşısında səhərə qədər davam edən etirazlarda nümayişçilər polislə toqquşub, çoxlu sayda insan yaralanıb və ya saxlanılıb.

Gürcüstan Daxili İşlər Nazirliyi başlayan etirazlarda 113 polis əməkdaşının yaralandığını, 224 nümayişçinin saxlandığını bildirib.

 


Xəbər xətti

27 Dekabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin