Rusiyada fövqəlada vəziyyət elan edildi
27 Dekabr 2024
15:52 - 2 Dekabr 2024
Yaponiyanın şimal-şərqində supermarketə daxil olan və iki gün şirniyyat bölməsində qalan ayı tələyə düşüb və iynə vurularaq yatdırılıb.
Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, noyabrın 30-da səhər saatlarında Akita ştatında ayı supermarketə daxil olub.
Səhər saatlarında işçilər bazarı açmağa hazırlaşarkən ayının bazara girdiyi və 47 yaşlı kişi işçiyə hücum etdiyi, lakin işçinin həyatı üçün təhlükə olmadığı bildirilib. İşçilər tərəfindən dərhal boşaldılan bazar müştəri girişinə bağlanıb.
Polislər ayını tutmaq üçün mağazanın müxtəlif yerlərinə sensor tələ qutuları yerləşdirərək, yem kimi bal, alma və çörəyi qoyublar .
Ayının bu gün səhər yerli vaxtla saat 05:00 radələrində arxa tərəfdəki anbar bölməsində sıxıldığı müəyyən edilib. Tələnin olduğu yerə polis göndərilib və yerli vaxtla saat 14:30 radələrində qəfəsə salınmış ayını mağazadan çıxarıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin