Rusiyada fövqəlada vəziyyət elan edildi
27 Dekabr 2024
15:39 - 2 Dekabr 2024
Rusiya Prezidenti Vladimir Putin Hindistanın Baş naziri Narendra Modinin dəvəti ilə Hindistana səfər edəcək.
Manset.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov bildirib.
"Biz cənab Modinin dəvətini almışıq və bunu mütləq müsbət qiymətləndirəcəyik"- Uşakov bildirib.
Prezidentin köməkçisi əlavə edib ki, səfərin tarixləri 2025-ci ilin əvvəlində müəyyən edilərək elan ediləcək. Uşakovun sözlərinə görə, Putin və Modi arasında illik görüşlər keçirmək barədə razılıq var.
Xatırladaq ki, noyabrda Rusiya liderinin mətbuat katibi Dmitri Peskov da Putinin Hindistana gözlənilən səfərini elan edərək , Rusiya tərəfinin bunu “səbirsizliklə gözlədiyini” bildirmişdi.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin