Rusiyada fövqəlada vəziyyət elan edildi
27 Dekabr 2024
15:29 - 2 Dekabr 2024
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimliyə qarşı xüsusi ittiham qaydasında verilən şikayət üzrə məhkəmə prosesi keçirilib.
Manset.az APA-ya istinadən xəbər verir ki, bu gün Nəsimi Rayon Məhkəməsində hakim Babək Pənahovun sədrliyi ilə keçirilən iclasda qərar elan olunub.
Qərara əsasən, Əli Kərimli 1500 manat məblığində cərimə olunub.
Qeyd edək ki, partiyanın Nəzarət Təftiş Komissiyasının sabiq sədri, partiya sıralarından xaric edilən Əliyev Aydın Sədədqulu oğlu Əli Kərimlinin Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddələri ilə məsuliyyətə cəlb edilməsi ilə bağlı Nəsimi Rayon Məhkəməsinə müraciət edib.
Aydın Əliyev 10 iyun 2019-cu il tarixində partiya sıralarından kənarlaşdırılıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin