Təyyarə qəzasında ölənlərin SİYAHISI - RƏSMİ
26 Dekabr 2024
14:57 - 2 Dekabr 2024
İçərişəhər ərazisində bir sıra mənzillərin təmiri işləri həyata keçiriləcək.
Manset.az Trend.az-a istinadən xəbər verir ki, bu barədə dövlət satınalmalarının vahid internet portalından məlumat əldə edilib.
Belə ki, İçərişəhər ərazisinin Dövlət Mənzil Fonduna məxsus mənzillərin və dam örtüyünün təmir işləri aparılacaq.
Məlumata görə, artıq bununla bağlı Azərbaycan Respublikası Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Mənzil-Kommunal və Təmir Xidməti hazırlıqlara başlayıb.
Qurum sözügedən işlərin icrasının 105.886,12 AZN-ə (105 min 886 manat 12 qəpik) başa gələcəyini proqnozlaşdırıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin