Rusiyada fövqəlada vəziyyət elan edildi
27 Dekabr 2024
13:42 - 2 Dekabr 2024
Milli Məclisin Qərbi Azərbaycana Təşəbbüs Qrupunun xüsusi nümayəndələrinin təyin edilməsi təklif edilib.
Manset.az xəbər verir ki, bu təkliflə parlamentin bu təkliflə parlamentdə keçirilən “Qərbi Azərbaycana təhlükəsiz və ləyaqətli qayıdış” mövzusunda dinləmə zamanı deputat Azay Quliyev çıxış edib.
O bildirib ki, Qərbi Azərbaycana qayıdış xarici qeyri-hökumət təşkilatları və beynəlxalq qurumlar vasitəsilə bütün dünyada aktuallaşdırılmalıdır.
“Fikrimcə, Təşəbbüs Qrupunun məruzəçisi təyin olunmalı və Qərbi Azərbaycanda törədilən vandalizm cinayətləri sistemləşdirilməlidir. Məruzəçi bu fakt və materialları xarici ölkələrə, parlamentlərə və QHT-lərə təqdim etməlidir. Eyni zamanda Qərbi Azərbaycana qayıdışla bağlı xüsusi nümayəndə seçilə bilər. Bu məsələni, beynəlxalq paktlar, konvensiyalar və digər sənədlərə istinad edərək daim gündəmdə saxlamaq, sırf bunun təbliğatı ilə məşğul olmaq mümkündür”, - A.Quliyev qeyd edib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin