İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Araqçi Türkiyəyə səfər edib.
Manset.az bu barədə türk mətbuatına istinadən xəbər verir.
Məlumata görə, o, Suriyadakı son hadisələri müzakirə etmək üçün Türkiyə rəsmiləri ilə bir sıra görüşlər keçirəcək.
Araqçi Türkiyəyə səfər etməzdən əvvəl Suriyaya gedib və Suriya Prezidenti Bəşər Əsədlə görüş keçirib.
Görüşdən sonra İranın xarici işlər naziri bildirib ki, Suriyadakı terror qruplaşmaları ilə mübarizə aparılacaq.