Xalq artisti ondan 55 min manat TƏLƏB EDİR

09:37 - 2 Dekabr 2024

Xalq artisti ondan 55 min manat TƏLƏB EDİR

"Ritm" qrupunun rəhbəri, Xalq artisti Natiq Şirinovun vaxtilə komandasında olan nağaraçı, "Amarok" zərb alətləri qrupunun rəhbəri Ramil Cahangirova qarşı məhkəmədə qaldırdığı iddia ilə bağlı yekun məhkəmə iclası keçiriləcək.
 

Manset.az xəbər verir ki, bu barədə jurnalist Raminə Eyvazqızı sosial şəbəkə hesabında bildirib.

O qeyd edib ki, yekun iclas sabah Sumqayıt Şəhər Məhkəməsində keçiriləcək.

Xalq artisti bir ildir ki, məhkəmələrdə R.Cahangirovun onun patentləşdirdiyi qavaldaş maketini mənimsədiyini və ona uyğun özünə alət düzəltdiyini iddia edir.

Bir neçə dəfə ekspertiza aparılsa da, konkret rəy və qərar verilməyib.

Xalq artisti qarşı tərəfə 55 000 AZN təzminat iddiası qaldırıb.


Xəbər xətti

4 Dekabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin