Mirzoyan ilk dəfə bu tədbirdə iştirak edəcək

21:47 - 1 Dekabr 2024

Mirzoyan ilk dəfə bu tədbirdə iştirak edəcək

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan dekabrın 2-də Niderland Krallığına işgüzar səfər edəcək.

 

Manset.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan XİN-in mətbuat xidmətinin məlumatında deyilir.

Bildirilib ki, fevralda Ermənistan Beynəlxalq Cinayət Məhkəməsinə daxil olduqdan sonra nazir Mirzoyan ilk dəfə olaraq Haaqada BCM-nin İştirakçı Dövlətlərin 23-cü Assambleyasının sessiyasında iştirak edəcək.

Qeyd edək ki, BCM 17 martda Ermənistanın strateji müttəfiqi Rusiyanın lideri Putin haqda həbs qərarı çıxarıb. Ermənistan isə bu qərardan sonra Roma Statutunu ratifikasiya edib.


Xəbər xətti

4 Dekabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin