Deputat qohumunu işdən çıxarıb öz xanımını TƏYİN ETDİ
25 Noyabr 2024
21:29 - 14 Noyabr 2021
3 il əvvəl boşandığı arvadını heç bir səbəb olmadan öldürən şəxsin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb. Ona xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə maddəsi ilə 16 il azadlıqdan məhrum etmə cəzası təyin edilib.
Manset.az Musavat.com-a istinadən xəbər verir ki, keçmiş arvadı Röyalə Tağıyevanı boğaraq qətlə yetirən Səlim Əsədov buna səbəb kimi mərhumun başqa şəxslərlə görüşməsi iddiasını ortaya atıb. Amma o, bunu sübut edə bilməyib. Şahidlər də Səlim Əsədovun dediyini təsdiq etməyib.
Səlim Əsədov çobanlıqla məşğul olub. O, bir neçə il əvvəl Şəkiyə iş üçün gedib. Şəkidə fermada işləyən Səlim ailəsini də ora aparmaq istəyib. Amma Röyalə fermadakı vəziyyətin çox ağır olduğunu deyib və uşaqlarının orada qala bilməyəcəyini söyləyib. Səlim bir müddət fermada işlədikdən sonra evinə qayıdıb.
İfadə verən zaman Səlim deyib ki, Şəkidən qayıtdıqdan sonra arvadının ona qarşı münasibəti dəyişib və buna görə dəfələrlə mübahisələri olub.
Səlim ifadəsində arvadını döydüyünü, əziyyət verdiyini etiraf etməyib.
2017-ci ildə boşandığı keçmiş həyat yoldaşı Röyalə Tağıyevanı 3 il sonra boğaraq qətlə yetirən Səlim ifadəsində bunları deyib:
“Röyalənin kiminləsə münasibət saxlaması ilə bağlı şübhələrim var idi. Bu səbəbdən aramızda dəfələrlə dava-dalaş oldu. Həmin vaxt Röyalə boşanmaq üçün məhkəməyə müraciət etdi, rəsmi qaydada boşandıqdan sonra ayrı yaşamağa başladıq. Məcburi köçkün olduğum üçün dövlət tərəfindən verilən üçotaqlı evi Röyalə və övladlarıma verərək qonşuluqda yaşayan qardaşım Kərimin evində yaşamağa başladım. Röyalə boşandıqdan sonra ayrı-ayrı şəxslərə məxsus torpaq sahələrində alaq otlarının təmizlənməsi işi ilə məşğul olurdu. Röyalə işdən gecə saatlarında qayıdırdı. Bu da məni narahat edirdi. Bir dəfə kiminləsə telefonda danışarkən ona irad bildirdim, Röyalə məni dinləmədi və öz hərəkətlərinə davam etdi. Bir neçə dəfə Röyaləyə onu öldürəcəyimi demişdim”.
Keçmiş arvadını kiminləsə danışmaqda ittiham edən Səlim bunu yalnız şübhə kimi izah edə bilib.
Məhkəmədə məlum olub ki, mərhum Röyalə dəfələrlə əri tərəfindən döyüldükdən sonra polisə şikayət edib. Araşdırma aparılan ərəfədə Səlimi bağışlayıb və buna görə də işə xitam verilib.
Daha əvvəl narkotik və oğurluq ittihamları ilə cinayət məsuliyyətinə cəlb edilən Səlim qətlin necə baş verməsi haqda danışarkən bunları deyib: “Mən qonşuluqda qardaşımgildə qalırdım. Gecə Röyalənin qaldığı evə getdim. Mən gedəndə yatmışdı. Onu boğanda müqavimət göstərdi. Amma qaça bilmədi”.
Məhkəmədə məlum olub ki, Səlim Əsədov Röyalə Tağıyeva ilə boşanmalarına baxmayaraq, onunla dəfələrlə səbəbsiz şəkildə mübahisə edib və ailə həyatına müdaxilə edib. Onun mərhuma qarşı şiddət göstərməsini ailə üzvləri, uşaqları da bilib.
Mərhumun ögey bacısı dindirilən zaman söyləyib ki, Röyalə son zamanlar döyülməsi, yaşadığı problemlərlə bağlı ona danışıb:
“Səlim evliliyinin beşinci ilindən sonra başqa qadınlarla münasibət saxlamağa başladı. Əlaqə saxladığı qadınların əxlaqsız şəkillərini telefonuna yükləyirdi. Həmin şəkilləri arvadı Röyaləyə göstərib “qadın belə olar, sən bunların əlinə su tökməyə yaramırsan” deyirdi. Onu təhqir edirdi, döyürdü. Bir neçə dəfə Röyaləyə Səlimdən boşanmasını məsləhət gördüm. Röyalə isə övladlarının azyaşlı olduğunu deyirdi. Boşanacağı halda onların ortalıqda qalacaqlarını düşünürdü. Son vaxtlar Səlim tez-tez içki içərək Röyaləni döyürdü. Bütün bunlar onlar boşanana qədər davam edib. Boşanandan sonra da Röyalənin rahat yaşamasına imkan vermədi”.
Səlim Əsədovun qardaşı Kərim Əsədov dindirilən zaman qətllə bağlı məlumatının olmadığını deyib.
O bildirib ki, Səlimlə Röyalə boşandıqdan sonra aralarında mübahisə yaradan əsas səbəb alimentin vaxtında ödənməməsi olub.
Kərim Əsədov qardaşının iddia etdiyi kimi Röyalənin əxlaqsızlıq etdiyinə dair bir hadisəyə şahid olmadığını deyib.
Şahidlərin dediyindən məlum olub ki, mərhum Röyalə kənddəki digər qadınlarla birlikdə əkin sahələrində alaq otlarını təmizləyərək gündəlik maaş alırmış. Bununla da uşaqlarını saxlayıb. Amma Röyaləni əxlaqsızlıqla ittiham edən Səlim aliment pulunu belə ödəməyib.
Araşdırmalar zamanı məlum olub ki, Səlim boşandıqdan sonra gizli şəkildə Röyaləni izləyirmiş. Sonuncu dəfə Röyalə evdə telefonla bacısı ilə danışan zaman pəncərədən onu dinləyib. Röyalə onu görən zaman aralarında mübahisə yaranıb.
Mərhumun uşaqları da analarnın tez-tez atası tərəfindən döyüldüyünü deyiblər. Qətl törədilən zaman Röyalənin qızı oyaq olub. Anasının səsinə otağa gələn uşağı Səlim qışqıraraq qovub ki, otağına getsin. Azyaşlı da otağa qaçaraq digər bacısına deyib ki, otaqdan çıxsalar, onları da döyəcək.
Səlim Röyaləni öldürdükədən sonra evdən qaçıb. Uşaqlar isə sakitçilik olsa, analarının səsi kəsilsə də qorxudan otaqdan çıxa bilməyiblər.
Qətl hadisəsi gecə saat 2-də baş verib. Gecə saat 5 radələrində Röyalə ilə birlikdə əkin sahələrində işləyən qonşuları həyətə gələrək işə getmək üçün onu səsləyiblər. Röyalə cavab verməyən zaman qapını döyüb onu çağırıblar. Bu zaman uşaqlar qapını açıb və analarının otaqda olduğunu deyiblər. Qonşular otağa baxan zaman Röyalənin yerdə hərəkətsiz şəkildə uzandığını görüblər. Bundan sonra hadisə yerinə polis əməkdaşları çağırılıb.
Röyalənin qonşuları, iş yoldaşları şahid kimi dindirilən zaman mərhumun hansısa kişi ilə münasibətdə olması, əxlaqsızlıq etməsi kimi iddiaların yalan olduğunu deyiblər. Onlar bildiriblər ki, Röyalə səhər hava işıqlanmadan əkin sahələrinə gedən, axşama qədər orada işləyərək aldığı pulla uşaqlarını saxlayan namuslu qadın olub.
Məhkəmə Səlimin qətli namus üstündə törətməsi iddiasının əsassız və törtədiyi cinayətə haqq qazandırmaq üçün deyilən yalan kimi qiymətləndirib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin