İlk dəfə Aygün Bəylərin vəsiyyəti AÇIQLANDI
1 Dekabr 2024
12:45 - 1 Dekabr 2024
Suriya müxalifət qüvvələri, Heyət Təhrir əş-Şam (HTŞ) qruplaşmasının rəhbərliyi altında, İdlibdən Hələbə doğru başladığı əməliyyat nəticəsində şəhərin böyük hissəsinə nəzarəti ələ keçirib.
Manset.az bu barədə “Reuters”ə istinadən xəbər verir.
Əsəd rejiminə qarşı olan bu qüvvələr, Hələb qalası da daxil olmaqla, bir çox strateji məntəqələrdə “Azad Suriya Ordusu”nun bayrağını ucaldıblar.
Bu hadisə müxaliflərin 2016-cı ildə şəhərdən çıxarılmasından sonra ilk dəfə baş verir.
Əməliyyat zamanı müxaliflər Hələb Beynəlxalq Hava Limanı da daxil olmaqla, bir sıra əraziləri nəzarətə götürüblər.
Digər məlumata görə, üsyançılar İdlib əyalətinin Maraat əl-Numan şəhərini ələ keçirərək, bütün bu ərazini öz nəzarətləri altına alıblar.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin