Terrorçular İranın konsulluğuna hücum etdi

10:30 - 1 Dekabr 2024

Terrorçular İranın konsulluğuna hücum etdi

İranın Hələbdəki konsulluğu silahlı dəstələrin hücumuna məruz qalıb.

 

Manset.az İRNA-ya istinadən xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmail Bəqayi məlumat verib.

Bildirilib ki, konsulluğun bütün üzvlərinin səhhəti yaxşıdır.

Diplomat vurğulayıb ki, İran həm hüquqi, həm də beynəlxalq səviyyədə bu hücuma görə məsuliyyət daşıyanları cavab verməyə məcbur edəcək.


Xəbər xətti

1 Dekabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin