Laçının işğaldan azad edilməsindən 4 il ötür
1 Dekabr 2024
18:56 - 30 Noyabr 2024
İran Azərbaycan və Rusiya arasında üçtərəfli elektrik şəbəkəsi ölkənin şimalı ilə qonşu ölkələr arasında elektrik mübadiləsinin yaranmasına kömək edəcək.
Manset.az Trend-ə istinadən xəbər verir ki, bunu İranın Enerji İstehsalı və Distributorluğu Şirkətinin (TAVANIR) icra direktoru Mustafa Rəcəbi Məşhədi yerli mediaya açıqlamasında deyib.
Onun sözlərinə görə, İran Azərbaycan və Rusiyanın energetika nazirləri arasında üçtərəfli görüşün keçirilməsi üzrə lazımi koordinasiyalar aparılıb. Bu iclasın elektrik enerjisi əlaqələrinin inkişafı ilə nəticələnəcəyi gözlənilir.
Rəcəbi Məşhədi deyib ki, hal-hazırda İran Rusiya və Azərbaycan arasında razılaşma əsasında 300 meqavat elektrik mübadiləsi etmək mümkündür. Bu həcmi 1 min meqavata yüksəltmək olar və bununla əlaqədar elektrik enerjisi nəqli xətləri inkişaf etdirilir.
Qeyd edək ki, İran Azərbaycan və Rusiya arasında Şimal-Cənub enerji dəhlizinin yaradılması layihəsi üzərində işlər aparılır. Məqsəd üç ölkənin elektrik şəbəkələrinin sinxron edilməsidir. Bu layihə ilə bağlı lazımi layihələndirmə işlərini İranın “Monenko” Şirkəti həyata keçirib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin