Türkiyənin "Beşiktaş" klubu baş məşqçisi Giovanni van Bronkhorstla müqaviləsini qarşılıqlı razılıqla ləğv edib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, niderlandlı mütəxəssis bu günkü məşqdə iştirak etməyib.
Qeyd edək ki, o, iyun ayında "qara qartallar"ın baş məşqçisi təyin olunmuşdu.