"Uymadım heç nəyə, mən yenə qayıtdım"

13:16 - 30 Noyabr 2024

Azərbaycanda fəaliyyət göstərən həkimlərlə bağlı paylaşımları ilə gündəmdən düşməyən ABŞ-də yaşayan jurnalist Qənirə Ataşovanın instaqram səhifəsi yenidən açılıb.

 


Manset.az xəbər verir ki, bir neçə gün əvvəl həkimlərlə bağlı tənqidi paylaşımlarına görə jurnalistin instaqram hesabı bloklanmışdı. O, tənqid etdiyi həkimlərin onun profilini şikayət edib, bağlatdırmağa çalışdığını bildirib.

Bu gün səhər isə Ataşova profilini yenidən bərpa etdiyini paylaşaraq "Zəiflər qapı bağlayar, güclülər açar. Ağıllılar isə artıq kilidə ehtiyac duymur. Uymadım heç nəyə mən yenə qayıtdım" sözlərini əlavə edib. 

Qeyd edək ki, bir neçə gündür Azərbaycanda bir çox həkimin saxta diplomla fəaliyyət göstərdiyini iddia edən jurnalist paylaşımları ilə gündəmdədir. Onun instaqram səhifəsi şikayət olunmuş və bağlanmışdı. Daha sonra səhifəsini bərpa etsə də, ikinci dəfə profil bloklanıb.


Xəbər xətti

30 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin