SENSASİYA! Azərbaycanın məşhur xalq artisti fəxri adından məhrum edilir?
30 Noyabr 2024
10:29 - 30 Noyabr 2024
Azərbaycanda ərazilərin seysmik təhlükə xəritəsi hazırlanıb.
Manset.az Xəzər Xəbərə istinadən xəbər verir ki, Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli açıqlamasında bildirib ki, sözügedən xəritə modeli artıq bir sıra inkişaf etmiş ölkələrdə istifadə olunur. Bu isə tikinti işləri zamanı xüsusən binaların təhlükəsiz ərazilərdə inşa edilməsinə şərait yaradır.
Qurban Yetirmişli bildirib ki, paytaxt ərazisində 8-9 ballıq ərazilər var. Sözügedən xəritə əsasında bu ərazilər müəyyənləşdirilib və faiz dərəcəsi ilə qiymətləndirilib.
Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru onu da əlavə edib ki, zəlzələ zamanı təhlükəli hesab olunan ərazilərlə bağlı da mütəmadi olaraq təhlillər aparılır, torpaq qatı araşdırılır.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin