“Qaraheybət” faciəsindən 3 il ötür
30 Noyabr 2024
22:30 - 29 Noyabr 2024
Gürcüstanın Daxili İşlər Nazirliyi (DİN) Tbilisidəki etiraz aksiyası keçirən insanlara müraciət edərək onları qanun çərçivəsindən kənara çıxmamağa dəvət edib.
Manset.az xəbər verir ki, bu barədə Gürcüstan daxili işlər nazirinin müavini Aleksandr Daraxvelidzen axşam saatlarında keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, sosial şəbəkələrdə müxtəlif strateji əhəmiyyətli obyektləri bloklamağa çağırışlar, o cümlədən televiziya kanallarını, dəmir yolu stansiyalarını, mərkəzi magistralları və digər əsas obyektləri piket etməklə bağlı fikirlər səsləndirilir.
“Mitinqin təşkilatçılarına və iştirakçılarına xatırlatmaq istərdik ki, Gürcüstan qanunvericiliyi aksiya və nümayişin keçirilməsinin hüquqi çərçivələrini və miqyasını ətraflı şəkildə müəyyən edir, bu da aksiyaların sülhə bərabər xarakterini, ictimai təhlükəsizliyi, müxtəlif təsisatların düzgün fəaliyyətini və nəqliyyatın normal işini təmin etməyə yönəlib”, – deyə Daraxvelidze vurğulayıb.
Nazir müavini bildirib ki, belə cinayətlər 3 ilə qədər azadlıqdan məhrumetmə ilə nəticələnir.
Qeyd edək ki, Gürcüstanın qərb yönümlü müxalifət qüvvələri noyabrın 28-dən yenidən etiraz aksiyalarına başlayıb. Bu gün də aksiya iştirakçıları parlamentin binası qarşısına toplaşıblar və mərkəzi Rustaveli prospekti bağlanıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin