“Qaraheybət” faciəsindən 3 il ötür
30 Noyabr 2024
22:11 - 29 Noyabr 2024
Tanınmış vəkil Ceyhun Yusifovun vəkillik fəaliyyəti dayandırılıb.
Manset.az Unikal-a istinadən xəbər verir ki, Vəkillər Kollegiyasının Rəyasət Heyətinin qərarı ilə C. Yusifovun fəaliyyəti 1 il müddətində dayandırılıb.
Buna səbəb kimi çoxsaylı vətəndaşlardan daxil olmuş şikayətlər, vətəndaşlardan xidmət haqları alaraq onlara xidmət göstərməməsi, eləcə də Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilmiş məhkəmə proseslərinin birində hakim Samir Əliyevə qarşı hörmətsizlik etməsi, vəkillərin etik davranış qaydalarına zidd olaraq intizamsızlıq nümayiş etdirməsi olub.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin