Gürcüstan parlamentində "qırmızı" səviyyə elan edildi

19:51 - 29 Noyabr 2024

Gürcüstan parlamentində

Noyabrın 29-dan etibarən Gürcüstan parlamentində "qırmızı" təhlükəsizlik rejimi tətbiq ediləcək.

 

Manset.az xəbər verir ki, bu barədə parlamentin mətbuat xidmətinin bəyanatında deyilir. Bu rejimə əsasən, yalnız parlament aparatının rəhbəri və deputatların icazə verdiyi şəxslər parlament binasına daxil ola biləcəklər.

Gələn həftə parlament 2024-cü ilin dövlət büdcəsinə dəyişikliklər və 2025-ci il büdcəsinin təsdiqi məsələlərinə baxacaq.


Xəbər xətti

29 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin