Suriyada terrorçular hərbçiləri pusquya saldı - 13 nəfər həlak oldu

15:35 - 14 Noyabr 2021

Suriyada terrorçular hərbçiləri pusquya saldı - 13 nəfər həlak oldu

Suriyanın Deyr əz-Zor əyalətində terrorçular ölkə ordusunun hərbçilərini və “milli müdafiə qüvvələri”nin silahlılarını pusquya salıb.

Manset.az xəbər verir ki, bu barədə “Al Jadeed” telekanalı məlumat yayıb.

Məlumata görə, pusqu zamanı azı 13 hərbçi öldürülüb. Qeyd edilir ki, hərbçilər Misrab rayonunda İŞİD silahlıları tərəfindən pusquya salınıb.

Hökumət qüvvələri terrorçuları geri oturdublar və onları səhranın dərinliklərinə çəkilməyə məcbur ediblər. Atışma zamanı habelə bir neçə hərbçi xəsarət alıb. Onların sayı açıqlanmır. Yaralılar xəstəxanaya yerləşdirilib.


Xəbər xətti

18 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin