Partasına qərənfillər düzüldü... - FOTOLAR
29 Noyabr 2024
19:16 - 29 Noyabr 2024
Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) struktur təşkilatlarının əməkdaşlarına uzun illərdən sonra “13-cü maaş” veriləcək.
Manset.az Demokrat.az-a istinadən xəbər verir ki, bununla bağlı SOCAR prezidenti Rövşən Nəcəf əmr imzalayıb.
Əmrdə qeyd olunur ki, SOCAR-ın struktur təşkilatlarının 2023-cü il üzrə performans nəticələrinə əsasən, işçi kateqoriyalarına uyğun olmaqla birfəlik mükafatlandırılma ödəniləcək.
Əmrə əsasən, fəhlə, mütəxəssis və texniki heyət kateqoriyasında çalışan əməkdaşların ödənişləri bu ilin noyabr ayının əmək haqqı ilə birgə ödəniləcək.
Strateji və taktiki rəhbər kateqoriyasında çalışan əməkdaşların ödənişləri isə 2025-ci ilin yanvar ayının əmək haqqı ilə birgə ödənilməsi təmin olunacaq.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin