Bu şəxslərin maaşı artıb
29 Noyabr 2024
18:21 - 29 Noyabr 2024
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi xidməti avtomobillər alır.
Manset.az Trend-ə istinadən xəbər verir ki, bununla bağlı agentlik hazırlıqlara başlayıb.
Məlumata görə, satın alınacaq 14 ədəd sedan tipli xidməti minik avtomobili Sosial Xidmətlər Agentliyinin Aparatı və sosial xidmət müəssisələri üçün nəzərdə tutulub. Avtomobillərin istehsal ilinin 2023-cü il olması isə əsas şərtlərdəndir.
Agentliyə avtomobilləri "TOYOTA ABSHERON MERKEZI" Məhdud Məsuliyyətli Cəmiyyəti təhvil verəcək. Bunun müqabilində şirkətə 567 000 manat ödəniləcək.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin