Kəmaləddin Heydərov polkovniki işdən çıxardı - Yeni təyinat
29 Noyabr 2024
16:42 - 29 Noyabr 2024
İran maliyyə ilinin sonuna (2025-ci ilin martında başa çatır) neft hasilatını sutkada 3,85 milyon barrelə çatdırmaq niyyətindədir,
Manset.az xəbər verir ki, bu barədə İran Petroleum sənaye jurnalı neft naziri Möhsün Paknejada istinadən xəbər verir.
Hazırda ölkədə sutkada 3,4 milyon barel hasil edilir.
Nazirlik güvə yataqlarının istehsal gücünü bərpa etməklə hasilatı sutkada 400 min barel artırmağı planlaşdırır. Mövcud quyuların yenidən işə salınması və yenilərinin qazılması üzrə işlər 3 milyard dollar investisiya tələb edir.
Bundan əlavə, Cənubi Azadeqan, Yadavaran, Yaran, Söhrab, Sepehr və Cofair neft yataqlarının işlənilməsi qısamüddətli hədəfə çatmağa töhfə verməlidir. Planlaşdırılan artım sutkada 56 min bareldir.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin