DTX 70 kq qızılla saxlanılan diplomatla bağlı məlumat yaydı
29 Noyabr 2024
15:25 - 29 Noyabr 2024
Polşa ordusunun və NATO bölmələrinin 2,5 mindən çox hərbi qulluqçusu Rusiya sərhəddində TUMAK-24 taktiki təlimlərində iştirak edir.
Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Təlimlər Polşanın Varminya-Mazurya voyevodluğunda, Rusiya ilə sərhəddən 70 km məsafədə yerləşən Ojiş poliqonunda keçirilir.
Proses 2 dekabr tarixinə qədər davam edəcək.
Təlimlərin əsas elementlərindən biri, yaxınlıqdakı Kempno gölü üzərindən tankların keçməsi olub. Manevrlərə 850 hərbi texnika cəlb edilib.
Polşa ordusunun hərbi qulluqçuları ilə yanaşı, Litva hərbçiləri və NATO-nun döyüş qrupu da təlimlərdə iştirak edir.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin