DTX 70 kq qızılla saxlanılan diplomatla bağlı məlumat yaydı
29 Noyabr 2024
14:38 - 29 Noyabr 2024
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərin Suriya lideri Bəşər Əsədin Moskvada olub-olmaması ilə bağlı suallarını cavablandırmayıb.
Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.
“Mənim bu məsələ ilə bağlı deyəcəyim heç nə yoxdur”, – Peskov bildirib.
Prezidentin mətbuat katibi Hələb ətrafındakı vəziyyəti Suriyanın suverenliyinə qəsd adlandırıb.
“Biz Suriya hakimiyyətinin konstitusiya nizamını tez bir zamanda bərpa etməsinin tərəfdarıyıq”, - deyə Peskov yekunlaşdırıb.
Qeyd edək ki, bundan əvvəl Suriyanın şimalında yerləşən silahlı qruplaşmalar Hələb və İdlib əyalətlərinə hücum edib. Bu gərginlik , tərəflərin Rusiya və Türkiyənin vasitəçiliyi ilə atəşkəsə razılaşdığı 2022-ci ilin martından bəri üsyançılarla ordu arasında ilk ciddi toqquşma olub.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin