DTX 70 kq qızılla saxlanılan diplomatla bağlı məlumat yaydı
29 Noyabr 2024
14:05 - 29 Noyabr 2024
Macarıstanın Debrecen şəhərində keçirilən qarşılaşmada İsrail komandasına 3-1 hesabı ilə uduzan "qara-ağlı" komanda Türkiyəyə qayıdıb.
Manset.az bu barədə türk mətbuatına istinadən xəbər verir.
Məlumata görə, hava limanına toplaşan 100-ə yaxın azarkeş qışqırıqlarla rəhbərliyə, texniki heyətə və futbolçulara etiraz ediblər.
Komandanın təyyarəsi eniş etdikdən sonra Beşiktaş vitse-prezidenti Mete Vardar, Beşiktaş Klubunun Futbol şöbəsinin müdiri və mətbuat sözçüsü Feyyaz Uçar, köməkçi məşqçi Serdar Topraktepe və futbolçular Nəcib Uysal, Salih Uçan və Ersin Destanoğlu azarkeşlərin yanına gəlib.
Mete Vardar pərəstişkarlarına çox təəssüfləndiklərini və reaksiyalarında haqlı olduqlarını bildirib.
"Qara-ağ" azarkeşlər öz şüarları ilə məşqçi Covanni van Bronckhorst-u istefaya çağırıblar.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin