DTX 70 kq qızılla saxlanılan diplomatla bağlı məlumat yaydı
29 Noyabr 2024
12:57 - 29 Noyabr 2024
İsrailin xarici işlər naziri Gideon Saar bildirb ki, ABŞ İsrailin Baş naziri Benyamin Netanyahunun həbsinə order verən Beynəlxalq Cinayət Məhkəməsini cəzalandırmalıdır.
Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Qeyd edək ki, bundan öncə də İsrailin Baş naziri Benjamin Netanyahu, Beynəlxalq Cinayət Məhkəməsinin özünə və digər İsrailli rəsmilərə qarşı həbs olunma əmri verməsinə sərt reaksiya vermişdi. Məhkəmə İsrailin Fələstinli uşaqları hədəf alaraq müharibə cinayətləri törətdiyini iddia etmişdi. Netanyahu bu qərarı "yəhudi düşmənçiliyi" (anti-semitizm) kimi qiymətləndirərək, İsrailin öz vətəndaşlarını müdafiə etməkdən geri çəkilməyəcəyini vurğulamışdı.
O, hər hansı bir xarici təzyiqə boyun əyməyəcəklərini bildirmişdi. Bu qərar beynəlxalq hüquq və İsrailin təhlükəsizlik siyasəti arasındakı gərginliyi daha da artırmış oldu.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin