DTX 70 kq qızılla saxlanılan diplomatla bağlı məlumat yaydı
29 Noyabr 2024
11:39 - 29 Noyabr 2024
Gürcüstan parlamentinin yaxınlığında keçirilən etiraz aksiyası zamanı 43 nəfər saxlanılıb.
Manset.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Birinci Kanalı məlumat yayıb.
“Daxili İşlər Nazirliyi qeyd edib ki, 43 nəfərin hamısı polisin qanuni tələblərinə tabe olmadıqlarına və xırda xuliqanlığa görə saxlanılıb. Aksiya zamanı etirazçılardan bəziləri dəfələrlə təxribat xarakterli hərəkətlər ediblər”, - məlumatda deyilir.
Həmçinin toqquşmalarda 32 polisin xəsarət aldığı da vurğulanıb.
Qeyd edək ki, ötən gün Gürcüstan Baş naziri İrakli Kobaxidze ölkəsinin AB-yə üzvlük danışıqlarını 2028-ci ilə qədər dayandırdığını və qrantlardan imtina etdiyini bildirib. Bunun ardınca müxalifət Tiflisdə geniş aksiyalara başlayıb. Aksiyaya Prezident Zurabişvili də qatılıb və ölkədə konstitusion çevriliş baş verdiyini iddia edib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin