DTX 70 kq qızılla saxlanılan diplomatla bağlı məlumat yaydı
29 Noyabr 2024
09:36 - 29 Noyabr 2024
Yunanıstanlı təqaüdçü Vasillis Panayotaropulos təhsilini başa vurmaq üçün gecə məktəbinə gedib.
Manset.az-ın Lent.az-a istinadla xəbərinə görə, kişi atasına tarlada işləməyə kömək etmək üçün 12 yaşında məktəbi tərk edib. Daha sonra Afinaya köçüb, burada aşpaz işləyib və öz meyxanasına sahib olub.
Dediyinə görə, həqiqətən də məktəb və dərs üçün darıxıb və bir gün qayıdıb onu bitirmək fikri onu tərk etməyib. İndi, illər sonra Vasilis həyat yoldaşına təhsilini davam etdirmək niyyətində olduğunu söyləyib.
Onunla sinifdə 15 yaşlı uşaqlar var. Müəllimlərin dediyinə görə, kişi həm sinif yoldaşlarına yaxşı təsir edir, həm də çox çalışqan şagirddir. Onun sevimli dərsləri qədim yunan və riyaziyyatdır. İyun ayında Vasillis məktəbin tam hüquqlu məzunu olacaq.
Bu hekayədən ilhamlanan Yunanıstan hökuməti axşam məktəblərini dəstəkləməyə diqqət yetirəcəyini söyləyib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin