"Qarabağ" "Lion"a məğlub oldu - YENİLƏNİB
29 Noyabr 2024
20:58 - 28 Noyabr 2024
Gürcüstan hakimiyyəti Avropa İttifaqına (Aİ) üzvlüklə bağlı danışıqları 2028-ci ilin sonuna qədər gündəliyə gətirməyəcək.
Manset.az xəbər verir ki, bu barədə Baş nazir İrakli Kobaxidze “Gürcü Arzusu-Demokratik Gürcüstan" partiyasının ofisində keçirdiyi brifinqdə məlumat verib.
Kobaxidze qeyd edib ki, Avropa İttifaqına üzvlük müzakirələrinin başlanması Gürcüstanı təhdid etmək üçün alət kimi istifadə olunur. Bu cür təhdidlər Gürcüstana namizədlik statusu məsələsində də edilib.
“Avropa İttifaqına inteqrasiyanın mərhəmət kimi müzakirə olunması qətiyyən yolverilməzdir" - deyə, Kobaxidze vurğulayıb.
Baş nazir Avropa Parlamentini Gürcüstanla bağlı qətnaməyə görə sərt tənqid edib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin