"Qarabağ" "Lion"a məğlub oldu - YENİLƏNİB
28 Noyabr 2024
19:09 - 28 Noyabr 2024
Dünya Güləş Birliyi (UWW) 2024-cü il üçün yekun reytinq cədvəlini açıqlayıb.
Manset.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, cədvəldə Azərbaycan güləşçilərinin də mövqeləri bəlli olub.
Yunan-Roma güləşində Eldəniz Əzizli (55 kiloqram) və Ülvi Qənizadə (72 kiloqram) öz çəki dərəcələri üzrə liderdirlər. Nihat Məmmədli (63 kiloqram), Həsrət Cəfərov (67 kiloqram) və Sənan Süleymanov (77 kiloqram) isə ikinci pillədə qərarlaşıblar.
Sərbəst güləşçilərdən yalnız Nürəddin Novruzov (61 kiloqram) ilk üçlükdə yer alıb. O, öz çəki dərəcəsi üzrə ikincidir.
Qadın güləşində isə ən yaxşı nəticə üçüncü sırada yer alan Alyona Kolesnikə (59 kiloqram) məxsusdur.
Qeyd edək ki, siyahı tərtib edilərkən Olimpiya Oyunları, dünya və qitə çempionatları, eləcə də reytinq turnirlərinin nəticələri nəzərə alınıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin