Kəmaləddin Heydərov rəisi işdən çıxardı - FOTO

15:47 - 28 Noyabr 2024

Kəmaləddin Heydərov rəisi işdən çıxardı - FOTO

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Qaradağ Rayon Fövqəladə Hallar və Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi vəzifəsindən azad edilib.

 

Manset.az Qaynarinfo.az-a istinadla xəbər verir ki, bununla bağlı fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb.

Əmrə əsasən, polkovnik Elçin Rasim oğlu Ələsgərov vəzifəsindən azad olunub. O, son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.

Nazirin digər əmri ilə mayor Fərman Telman oğlu Bayramov Qaradağ Rayon Fövqəladə Hallar və Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi təyin edilib.

Fərman Bayramov bu təyinatadək Qaradağ Rayon Fövqəladə Hallar və Dövlət Yanğından Mühafizə Hissəsinin rəis müavini olub.



Xəbər xətti

28 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin