ABŞ-nin vitse-prezidenti və 2024-cü il seçkilərində Demokratlar Partiyasının namizədi Kamala Harris son video mesajı ilə sosial mediada gündəm olub.
Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Vitse-prezidentin şişmiş gözləri və sözləri səhv tələffüz etməsi diqqət çəkərkən, ekspertlər və sosial media istifadəçiləri Harrisin sərxoş olub-olmaması ilə bağlı müxtəlif iddialar səsləndiriblər. Videodan sonra düzəldilmiş kliplər və zarafatlar sosial mediada sürətlə yayılıb.