Fəzail Ağamalı ailəlikcə məhkəməyə verildi - Krediti ödəmirlər
27 Noyabr 2024
12:57 - 27 Noyabr 2024
Keçmiş futbolçu Mixail Kavelaşvilinin “Gürcü arzusu” partiyasından Gürcüstan prezidentliyinə namizədliyi təsdiqlənib.
Manset.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə partiyanın siyasi şurasının iclasından sonra keçirilən brifinqdə partiyanın təsisçisi Bidzina İvanişvili məlumat verib.
Qeyd edək ki, seçkilər dekabrın 14-də keçiriləcək, Gürcüstan prezidenti ilk dəfə əhali tərəfindən deyil, seçki kollegiyası tərəfindən seçiləcək. Konstitusiyaya görə, kollegiya 300 nəfərdən, o cümlədən Gürcüstan parlamentinin 150 deputatından, Acarıstan Muxtar Respublikası və qismən tanınan Abxaziya Ali Sovetlərinin üzvlərindən ibarətdir.
“Kavelaşvilinin xüsusi təqdimata ehtiyacı yoxdur. Onun görkəmli idmançı kimi ölkə qarşısında xidmətləri böyükdür. Son səkkiz ildə aktiv siyasi fəaliyyətlə məşğul olub. O, ölkənin maraqlarının qorunmasına böyük töhfə verib, o, yaxşı insan, yaxşı ər və yaxşı ata simvoludur", - İvanişvili bildirib.
O, ümid etdiyini bildirib ki, Kavelaşvili prezidentlik institutunun keçmiş şərəfini bərpa edəcək. Yeni prezidentin andiçmə mərasiminin dekabrın 29-da keçirilməsi planlaşdırılır.
Xatırladaq ki, Kavelaşvili idman karyerasına Tbilisi "Lokomotiv"ində başlayıb, daha sonra "Dinamo"ya keçib, burada altıqat Gürcüstan çempionu olub. Kavelaşvili Gürcüstan millisinin heyətində 46 oyun keçirib və 9 qol vurub. 1995-ci ildə Vladiqafqazın "Spartak-Alaniya" klubuna, 1996-cı ildə isə "Mançester Siti"yə keçib. O, İsveçrənin müxtəlif klublarında da çıxış edib.
Oktyabrın 26-da keçirilən parlament seçkilərində Kavelaşvili “Gürcü arzusu” partiyasının siyahısında 18-ci olub, o, hökumətyönlü “Xalq hakimiyyəti” partiyasının siyasi katibidir.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin