Sürücülərin NƏZƏRİNƏ! - Xəbərdarlıq edildi
18 Noyabr 2024
01:32 - 14 Noyabr 2021
İstanbulda 8 aylıq hamilə qadın qaz borusundan asılmış vəziyyətdə tapılıb.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə yerində araşdırma aparan polis diqqəti intihar şübhəsinə yönəltsə də, ailə qadının həyat yoldaşı tərəfindən öldürüldüyünü iddia edib.
Hadisə zamanı evdə olan cütlüyün 3 yaşlı uşağı qonşularına, "Anamla atam dava etdilər. Atam yelləncəyimizin ipini kəsdi, sonra anamı bu hala saldı”, - deyə məlumat verib.
Arzu adlı qadının cəsədi ilkin müayinələrdən sonra Məhkəmə Tibb İnstitutunun morquna aparılıb. Hadisəni araşdıran polis qrupları ilk təsbitlərə görə gənc qadının intihar etdiyini təyin edib.
Lakin ailə qızlarının əri ilə problem yaşadığını iddia edərək, onun əri D.Engin tərəfindən öldürülmüş ola biləcəyini israrla qeyd edib. Gənc qadının ailəsinə göndərdiyi mesajlarda şiddətə məruz qaldığı məlum olub.
Qadının “ölsəm, ərim cavabdehdir” kimi mesajlar yazdığı məlum olub.
Bacısının intihar etdiyinə inanmadığını və davamlı olaraq əri tərəfindən zorakılığa məruz qaldığını bildirən Duyğu Aydemir bunları deyib: "Yola getmirdilər, onsuz da boşanma mərhələsində idilər. Bir neçə dəfə gəldi və bizimlə qaldı. Dedik ki, bir daha onun yanına qayıtma. Bu ayın 8-i mənə mesaj göndərdi. Mesajda yazırdı ki, başıma bir iş gələrsə haqqımı yerdə qoymayın. Bir gün əvvəl mənə SMS göndərdi. 8 aylıq hamilə idi. 25 gün sonra övladı dünyaya gələcəkdi. Bacım özünü asmadı, hər şeyi yoldaşı edib”.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin