Saxta cərrahların məsələsi Milli Məclisdə - "Estetik cərrahlara icazəni kim verir?"
26 Noyabr 2024
16:03 - 26 Noyabr 2024
"Diplomsuz işləyən estetik cərrahlara icazəni kim verir?"
Manset.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Səyyad Salahlı deyib.
“Dünən saytların birində oxudum ki, guya estetik cərrahdır, qaynı arvadını əməliyyat edib və vəziyyət dəhşətli dərəcədə faciəyə doğru gedir. Həm də qaynı arvadını ikinci dəfədir ki, bu cür ölümcül vəziyyətə düçar edib. Özü də yazılıb ki, bu adamın tibbi təhsili yoxdur. Başa düşmürəm, bu şəxs necə cərrahi əməliyyat aparır?! Buna icazə verilirmi?! Xahiş edirəm həm səhiyyə naziri, həm də TƏBİB-in rəhbəri bu məsələyə diqqət eləsin”, - deyə S.Salahlı bildirib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin