Yağıntılı hava nə vaxtadək davam edəcək? - Açıqlandı
26 Noyabr 2024
15:48 - 26 Noyabr 2024
"Təəssüf edirəm ki, “POLITICO Europe” Azərbaycandan üzr istəmək və saxta xəbər məqaləsini geri götürmək əvəzinə, Avropa və dünya ictimaiyyətini çaşdırmaq üçün dezinformasiyalar yaymağa davam edir".
Manset.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” platformasında “Politico”da dərc edilmiş məqaləyə münasibət bildirərkən qeyd edib.
I regret that @POLITICOEurope instead of apologizing to Azerbaijan and retracting its fake news article, continues to spread disinformation to mislead the European and global public.
Meanwhile, in the article of Politico there is a reference to Azerbaijani media that official… pic.twitter.com/NOafVsKH8O — Hikmet Hajiyev (@HikmetHajiyev) November 26, 2024
O, Azərbaycanın 2024-cü ildə Rusiyadan qaz idxal etmədiyini, məqalədə qeyd edilən faktın isə svop əməliyyatı olduğunu vurğulayıb.
““Politico”nun məqaləsində Azərbaycan mediasına istinadən “Azərbaycan bu il Rusiyadan 141,6 milyon kubmetr qaz idxal etdiyini” göstərən rəsmi məlumatlara yer verilib. Qeyd etdiyiniz fakt idxal deyil, svop əməliyyatıdır. Qonşu dövlətlər arasında belə mövsümi mübadilələr baş verir və bu, normaldır. Təəssüf edirəm ki, məqalədə mübadilə və idxal arasında fərq qoyulmur”, - Hikmət Hacıyev qeyd edib.
Hikmət Hacıyev məqalədə istinad edilən Avropa Komissiyasının enerji məsələləri üzrə nümayəndəsi Tim MakFinin fikirlərinin dəqiq olduğunu, Avropa bazarlarına təbii qaz tədarük edən Cənub Qaz Dəhlizinin yalnız Azərbaycanın qaz yataqları ilə əlaqəli olduğu, Azərbaycanın daha geniş təbii qaz sistemi ilə əlaqəli olmadığını vurğulayıb: “Aİ rəsmisinin bəyanatı tamamilə doğrudur və biz bununla tam razıyıq. Ona görə də Azərbaycan 2024-cü ildə Rusiyadan heç bir qaz idxal etməyib”.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin