"Azərbaycan 2024-cü ildə Rusiyadan qaz idxal etməyib" - Hikmət Hacıyev
26 Noyabr 2024
12:54 - 26 Noyabr 2024
Gürcüstanda prezident seçkilərinin dekabrın 14-də, andiçmə mərasiminin isə dekabrın 29-da keçiriləcəyi ehtimal edilir.
Manset.az xəbər verir ki, bu barədə 11-ci çağırış parlamentin spikeri Şalva Papuaşvili bildirib.
Yekun qərar parlamentin bugünkü iclasında qəbul ediləcək.
Gürcüstan prezidentini ilk dəfə əhali deyil, Seçicilər Kollegiyası seçəcək. Konstitusiyaya əsasən, bundan sonra Gürcüstanda prezidentini 300 seçicidən ibarət kollegiya seçəcək.
Bu kollegiyaya yeni parlamentin deputatları, yerli hakimiyyət orqanlarının nümayəndələri və proporsional kvota üzrə siyasi partiyalardan namizədlər daxil olacaq.
Hazırkı prezident Salome Zurabişvili Gürcüstanın birbaşa səsvermə ilə seçilmiş sonuncu dövlət başçısı olacaq.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin