Ermənistanda bir nəfər qumbara partlatmaq istədi

01:00 - 26 Noyabr 2024

Ermənistanda bir nəfər qumbara partlatmaq istədi

Ermənistanın Kotaysk əyalətində kişi qumbara partlatmaq istəyib.

 

Manset.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.

Məlumata görə, hadisə Ptqni kəndində qeydə alınıb. Əraziyə polis əməkdaşları cəlb edilib. Könüllü təslim olmaq çağırışını rədd edən şəxsə qarşı əməliyyat keçirilib və o saxlanılıb..

Bildirilir ki, hadisə yerində döyüşə yararlı iki qumbara və narkotik vasitəyə oxşar maddə aşkarlanıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv