Bakıda NATO nümayəndə heyəti ilə görüş keçirildi
25 Noyabr 2024
16:42 - 25 Noyabr 2024
Azərbaycan-Türkiyə dövlət sərhədində yük nəqliyyat vasitələrinin sıxlığının yaranma səbəbi açıqlanıb.
Manset.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi (DGK) Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat yayıb.
Bildirilib ki, son günlər Azərbaycan-Türkiyə dövlət sərhədində qonşu ölkəyə gedən yük nəqliyyat vasitələrinin sıxlığı yaranıb.
Daxil olan məlumata əsasən, DGK bildirir ki, qeyd olunan sıxlığın səbəbi Türkiyənin “Dilucu” sərhəd-keçid məntəqəsində Yeni Kompüterləşdirilmiş Tranzit Sisteminin (NCTS) proqram təminatının yeni mərhələsinin tətbiq edilməsidir.
Hazırda “Sədərək” gömrük postu gücləndirilmiş iş rejimində fəaliyyət göstərir və yaxın günlərdə nəqliyyat vasitələrinin sürətli keçidi tam təmin olunacaq.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin