"COP29 iqlim diplomatiyasında dönüş nöqtəsidir" - Prezident
24 Noyabr 2024
09:03 - 24 Noyabr 2024
Kolumbiyanın təhlükəsizlik qüvvələri İsrailin Baş naziri Benyamin Netanyahunu ölkəyə səfər edəcəyi təqdirdə Beynəlxalq Cinayət Məhkəməsinin orderi əsasında həbs edəcək.
Manset.az xəbər verir ki, bunu Kolumbiya Prezidenti Qustavo Petro “Əl-Cəzirə” telekanalına müsahibəsində bildirib.
O, əlavə edib ki, Fələstində və regionda baş verənlər təkcə müharibə deyil, əksinə, şimal ölkələrindən bütün cənuba təhdid mesajıdır. Onun sözlərinə görə, Boqota Qəzza münaqişəsi ilə bağlı mövqeyinə görə təzyiqlə üzləşib.
Xatırladaq ki, Beynəlxalq Cinayət Məhkəməsi (BCM) İsrailin Baş naziri Benyamin Netanyahu və ölkənin keçmiş müdafiə naziri Yoav Qallantın həbsinə dair order verib. Böyük Britnaiya və İsveçrə Netanyahunun bu ölkərə səfər edəcəyi təqdirdə, həbs olunacağını bildirib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin