İlham Əliyevdən mühüm FƏRMAN

17:51 - 23 Noyabr 2024

İlham Əliyevdən mühüm FƏRMAN

Prezident İlham Əliyev Elektrik enerjisi və su təchizatı sahələrində idarəetmənin təkmilləşdirilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında fərman imzalayıb.

 

Manset.az fərmanın mətnini təqdim edir:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Agentliyinin funksiyalarının aidiyyəti üzrə “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinə və “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinə ötürülməsinin təmin edilməsi ilə bağlı bir ay müddətində zəruri tədbirlər görsün;

1.2. bu Fərmanın 1.1-ci bəndi və 2-ci hissəsi nəzərə alınmaqla, normativ hüquqi aktların təkmilləşdirilməsi ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.3. bu Fərmanın 1.1-ci bəndinə və 2-ci hissəsinə uyğun olaraq, müvafiq səlahiyyətlərin aidiyyəti dövlət orqanlarına (qurumlarına) ötürülməsi ilə əlaqədar dövlət əmlakı ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

2. “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 17 noyabr tarixli 2356 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023, № 11, maddə 1510 (Cild I); 2024, № 7, maddə 821) aşağıdakı dəyişikliklər edilsin:

2.1. 6.2-ci və 6.3-cü bəndlərə “Mingəçevir” sözündən sonra “, Naxçıvan” sözü əlavə edilsin;

2.2. həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi haqqında Əsasnamə”nin 5-ci hissəsi üzrə:

2.2.1. 5.1-ci bənddən “, habelə Naxçıvan Muxtar Respublikasının müvafiq dövlət orqanı (qurumu)” sözləri çıxarılsın;

2.2.2. 5.8-ci bənddən “, Naxçıvan Muxtar Respublikasının müvafiq dövlət orqanının (qurumunun) rəhbərindən” sözləri çıxarılsın.


Xəbər xətti

23 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin