Pensiya alanlara şad xəbər
23 Noyabr 2024
17:03 - 23 Noyabr 2024
Nümayəndəlik xərclərinin, işçilərin mənzil və yemək xərclərinin, eləcə də əmək şəraiti zərərli, ağır olan və yeraltı işlərdə çalışan işçilərə verilən müalicə-profilaktik yeməklərlə, süd və ona bərabər tutulan digər məhsullar və vasitələrlə bağlı xərclərin vergitutma məqsədləri üçün gəlirdən çıxılması normaları və qaydası təsdiq edilib.
Manset.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Yeni Qaydanın təsdiqlənməsi ilə əlaqədar Nazirlər Kabinetinin “Müalicə-profilaktik yeməklərə, süd və ona bərabər tutulan digər məhsullara və vasitələrə sərf olunan xərclərin, həmçinin dəniz nəqliyyatında üzücü heyətə verilən yemək xərclərinin normalarının müəyyən edilməsi barədə” -ci il 4 iyun tarixli qərarı ləğv olunub.
Beləliklə, yeni Qayda ilə vergitutma məqsədləri üçün müəyyən edilmiş gəlirdən çıxılan xərc normalarına əlavə dəyər vergisinin məbləği də daxildir.
İşçilərlə bağlı yemək xərcləri, eləcə də əmək şəraiti zərərli, ağır olan və yeraltı işlərdə çalışan işçilərə verilən müalicə-profilaktik yeməklər, süd və ona bərabər tutulan digər məhsullar və vasitələrlə bağlı xərclər aşağıdakı norma daxilində vergitutma məqsədləri üçün gəlirdən çıxılan xərclərə aid edilir:
- əmək şəraiti zərərli, ağır olan və yeraltı işlərdə çalışan işçilərə verilən müalicə-profilaktik yeməklərin, süd və ona bərabər tutulan digər məhsulların və vasitələrin hər bir işçi üzrə gəlirdən çıxılan gündəlik xərc norması - 5 (beş) manat məbləğində;
- dəniz nəqliyyatında üzücü heyətə verilən yemək xərclərinin gəlirdən çıxılan gündəlik norması Xəzər dənizində üzən gəmilərin üzücü heyəti üçün hər bir işçi üzrə - 25 (iyirmi beş) manat, Xəzər dənizindən kənarda üzən gəmilərin üzücü heyəti üçün hər bir işçi üzrə -25 (iyirmi beş) ABŞ dolları məbləğində;
- işçilərlə bağlı yemək xərclərinin hər bir işçi üzrə gəlirdən çıxılan gündəlik norması yemək xərclərinin əvəzi birbaşa işçiyə ödənildikdə - 5 (beş) manat, iaşə xidməti işəgötürənin özü tərəfindən təmin edildikdə və ya ictimai iaşə fəaliyyəti göstərən digər vergi ödəyicisindən alındıqda - 5 (beş) manat məbləğində.
Vergi ödəyicisinin işçilərlə bağlı müəyyən edilmiş normalar daxilində çəkdiyi yemək xərcləri aşağıdakı şərtlər daxilində gəlirdən çıxılır:
- yemək xərclərinin əvəzi nağdsız qaydada birbaşa işçiyə ödənildikdə;
- yeməyin hazırlanması işəgötürənin özü tərəfindən təmin edildikdə və yeməyin hazırlanmasına sərf olunan məhsulların alışı Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada sənədləşdirildikdə;
- iaşə xidməti ictimai iaşə fəaliyyəti göstərən digər vergi ödəyicisindən elektron qaimə-faktura əsasında alındıqda.
İşçilərin işdə olmadığı (məzuniyyət, xəstəlik və s. ilə əlaqədar) və ya ezamiyyətdə olduğu günlər üçün ödənilən yemək xərcləri bu Qaydaya əsasən gəlirdən çıxılmır.
İşçilərlə bağlı vergi ili ərzində çəkilmiş mənzil (yaşayış mənzillərinin və fərdi yaşayış evlərinin kirayələnməsi) xərclərinin 50 faizi, lakin əldə edilmiş illik gəlirin 1 (bir) faizindən çox olmamaqla, vergitutma məqsədləri üçün gəlirdən çıxılır.
İşçilərlə bağlı çəkilmiş mənzil xərcləri aşağıdakı şərtlər daxilində gəlirdən çıxılan xərclərə aid edilir:
- kirayə haqqı kirayəverən və kirayəçi (işçi və ya işəgötürən) arasında bağlanılmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında ödənildikdə;
- kirayə haqqı işəgötürən tərəfindən işçiyə və ya kirayəverənə nağdsız qaydada ödənildikdə.
Vergi ödəyicisi tərəfindən vergi ili ərzində çəkilmiş nümayəndəlik xərclərinin 50 faizi, lakin əldə edilmiş illik gəlirin 1 (bir) faizindən çox olmamaqla, vergitutma məqsədləri üçün gəlirdən çıxılır. Vergi ödəyicisi tərəfindən vergi ili ərzində çəkilən nümayəndəlik xərclərinin gəlirdən çıxılan xərclərə aid edilməsi üçün həmin xərclər nağdsız qaydada çəkilməli, əsaslandırılmalı və Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada sənədləşdirilməlidir.
Nümayəndəlik xərclərinə qarşılıqlı əməkdaşlığın qurulması və (və ya) davam etdirilməsi məqsədilə keçirilən tədbirlərdə iştirakçıların rəsmi qəbulu və (və ya) onlara xidmət göstərilməsi ilə bağlı aşağıdakı xərclər aid edilir:
- qonaqlara göstərilən aşağıdakı xidmətlərin dəyəri:
- konsulluq xidmətləri üçün çəkilən xərclər (vizanın rəsmiləşdirilməsi, viza müddətinin uzadılması);
- limanda və vağzalda qarşılanma və yola salınma xərcləri;
- tədbirin, iclasın keçirildiyi yerə və geriyə çatdırılma ilə bağlı nəqliyyat xidməti xərcləri;
- mehmanxana xidmətləri üçün xərclər (yerlərin bron edilməsi, yaşayış dəyəri);
- yemək xərcləri (səhər yeməyi, nahar, şam yeməyi, banket, şirələr, mineral sular, sərinləşdirici içkilər, çay, qəhvə);
- nümayəndəlik tədbirləri ilə bağlı tərcümə xərcləri;
- suvenirlərin alınmasına çəkilən xərclər.
Nümayəndəlik xərclərinə əyləncənin, istirahətin təşkili, xəstəliklərin profilaktikası və ya müalicəsi xərcləri daxil deyildir.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin