54 nəfər borca görə saxlanıldı

14:57 - 13 Noyabr 2021

54 nəfər borca görə saxlanıldı

Respublikanın Daxili işlər orqanları tərəfindən gün ərzində törədilmiş 54 cinayətin üstü "isti izlər”lə açılıb.

Nazirliyin Mətbuat xidmətindən Manşet.az-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 4 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 69 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 54 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 1 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 1 nəfər ölmüşdür.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 22, qanunsuz saxlanılan silah-sursatla bağlı 3 fakt müəyyən edilmişdir.

Cinayət törətməkdə şübhəli bilinən 46 nəfər saxlanılmışdır.


Xəbər xətti

25 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin